ABŞ Ukraynanı ölümcül ölkə adlandırdı
Dünya
22.09.2024 00:40
"Ukrayna əhalinin böyük axını səbəbindən ölümcül vəziyyətdədir"
Todaypress xəbər verir ki, bunu Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri Conson “Dialogue Works” “YouTube” kanalına müsahibəsində danışıb .
Conson Ukraynanı ölmək üzrə olan ölkə adlandırıb və əlavə edib ki, bu ölkə əhalisinin 50 faizindən çoxunu itirib.
ABŞ- dan olan keçmiş analitikin fikrincə, digər ölkələrdəki ukraynalıların vətənlərinə qayıtmaq ehtimalı yoxdur.
Bundan əvvəl britaniyalı ekspert Aleksandr Merkuris bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri bütün cəbhə xətti boyunca mövqelərini saxlaya bilməz . Analitikin fikrincə, münaqişə sona çatmaq üzrədir.
Aynur TAC
tag: Ukrayna, ABŞ, Rusiya, Conson, todaypress.az,