ABŞ Ukraynanı dəstəkləməyə davam etsə nələr olacaq?
Dünya
30.10.2024 10:21
“Əgər ABŞ Kiyevi Rusiya ilə güzəştə getməyə məcbur etməsə, bu, nəinki Ukraynanın məğlubiyyətinə gətirib çıxaracaq, həm də Vaşinqtona nüvə müharibəsinə başlamaqla bağlı çətin seçim təqdim edəcək”.
TodayPress xəbər verir ki, bu barədə britaniyalı politoloq Anatole Lieven “The Nation” jurnalı üçün yazdığı məqaləsində bildirib.
Politoloq qeyd edib ki, Amerika hökuməti artıq Kiyevə eyni tempdə dəstək verə bilməməsi faktını qəbul etməlidir və onun fikrincə, alternativ variantlar yoxdur.
Onun sözlərinə görə, Ukrayna üzrə danışıqların başlanğıcı Rusiyanın ilkin şərtlərinin avtomatik qəbul edilməsini nəzərdə tutacaq.
Lieven əvvəllər demişdi ki, Qərb siyasətçiləri Ukraynadakı münaqişənin yalnız Rusiya ilə danışıqlar yolu ilə bitməsinin mümkünlüyünü getdikcə daha çox tanımağa başlayıblar. O, həmçinin Kiyevin müəyyən beynəlxalq təhlükəsizlik təminatlarını özündə əks etdirən neytrallıq müqaviləsi imzalamalı olacağı fikrini bildirib.
Töhfə Səməd
tag: Politoloq, Amerika, Kiyev, Rusiya, Ukrayna, todaypress.az,