ABŞ Ukraynadan NATO-dan imtina ilə bağlı cavab gözləyir
ABŞ administrasiyası bu həftə Ukraynadan müharibənin başa çatdırılması ilə bağlı irəli sürülmüş ideyalara dair rəsmi mövqe gözləyir.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Müzakirə olunan əsas məsələlər sırasında NATO-ya daxil olmaqdan imtina və Krımın Rusiya ərazisi kimi tanınması ehtimalı da yer alır.
Qərb rəsmilərinin sözlərinə görə, bu təkliflər Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələri tərəfindən ötən həftə Parisdə Ukrayna tərəfinə təqdim olunub.
Həmin ideyalar bir günlük görüş çərçivəsində Avropa rəsmilərinə də göstərilib.
ABŞ cavabı bu həftənin sonunda Londonda keçiriləcək ABŞ–Ukrayna–Avropa görüşündə almağı planlaşdırır.
Əgər tərəflər mövqelərdə razılığa gələ bilsələr, təkliflərin Moskva tərəfinə təqdim olunması nəzərdə tutulur.
Paris görüşündə təqdim edilən əsas ideyalar Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi, Zaporojye AES ətrafında neytral zona yaradılması və onun ABŞ nəzarətinə verilməsidir.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,NATO,Qərar,Todaypress.az,