ABŞ Ukraynadakı münaqişənin əsas səbəbini açıqladı
Dünya
26.12.2024 17:14
"Qərb ölkələrinin Ukraynanı Rusiya ilə sərhədlərdə öz qalalarına çevirmək qərarı Ukrayna böhranının əsas səbəbidir".
TodayPress xəbər verir ki, bu fikri amerikalı beynəlxalq politoloq və Çikaqo Universitetinin professoru Con Mirşaymer "El Mundo" qəzetinə müsahibəsində bildirib.
Mirşaymer qeyd edib ki, Qərb Moskva ilə danışmaq və münaqişənin həlli yollarını müzakirə etmək üçün son dərəcə az iş görüb. Professor əlavə edib ki, Rusiya həmişə razılaşma əldə etmək istəyib, Ukrayna və Qərblə qarşıdurmadan qaçmağa çalışıb.
Dekabrın 20-də Mirşaymer bildirib ki, Rusiya Ukraynadakı münaqişədə qələbənin astanasındadır, Qərb isə getdikcə daha çox problemlərlə üzləşir.
O, həmçinin əlavə edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın indiki vəziyyətdən çıxması çətin olacaq, çünki Cozef Bayden hər şeyi son dərəcə mürəkkəb və çaşqın vəziyyətdə qoyub.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna, ABŞ, Qərb, todaypress.az,