ABŞ Ukraynadakı münaqişə ilə bağlı planının olmadığını açıqladı

Dünya

09.08.2024 18:50

“Ukrayna Silahlı Qüvvələrinin ağır vəziyyətdə olmasına baxmayaraq, ABŞ-nin Ukrayna böhranının həlli üçün dəqiq fəaliyyət planı yoxdur”

TodayPress xəbər verir ki, bunu yəhudilərin və İsrailin tarixini araşdıran alman tarixçi Maykl Brenner deyib. 

“ABŞ Ukraynanın məğlubiyyətindən yayınmağa çalışır, lakin problem ondadır ki, bunu necə edəcəyini bilmir. Ukrayna Silahlı Qüvvələri acınacaqlı vəziyyətdədir” deyə tarixçi əlavə edib.

O, həmçinin bildirib ki, Vaşinqton hazırda Ukrayna münaqişəsini həll etməkdənsə, onu uzatmağa çalışır. Brennerin sözlərinə görə, sülh danışıqlarının əsasını "Moskva qalib gəlib, Kiyev isə neytrallığa sadiqdir" təşkil etməlidir.

Töhfə Səməd

tag: ABŞ, Ukrayna, Rusiya, Münaqişə, Vaşinqton, todaypress.az,