ABŞ Ukrayna üçün əlavə yardım ayırdı
Dünya
15.06.2024 16:15
ABŞ Ukraynanın enerji sisteminin gücləndirilməsi, eləcə də digər zəruri ehtiyaclarının təmini üçün 1,5 milyard dollar ayırıb.
TodayPress-in xəbərinə görə, bunu İsveçrədə keçirilən Sülh Sammitində bu ölkənin vitse-prezidenti Kamala Harris açıqlayıb.
Kamala Harris bildirib ki, həmin vəsait eyni zamanda humanitar və təhlükəsizlik sahəsindəki problemlərin həllinə sərf olunacaq.
tag: ABŞ, Ukrayna, İsveçrə, Kamala Harris, todaypress.az,