ABŞ Ukrayna ordusunun tezliklə dağılacağını proqnozlaşdırdı
Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin süqut ərəfəsində
olduğunu və tezliklə məğlub olacağı proqnozlaşdırılıb.
TodayPress xəbər verir ki, bu barədə
keçmiş amerikalı kəşfiyyatçı Toni Şaffer “Judging Freedom” “YouTube” kanalında
danışıb.
“Nə olursa olsun, yəqin ki, iki ay ərzində Ukraynanın
dağılmasını görəcəyik. Bunun davam edə biləcəyini görmürəm” o vurğulayıb.
Şaffer əlavə edib ki, Rusiya zərbələri Ukraynanın
elektrik şəbəkəsinə ciddi ziyan vurur və onların Ukrayna Silahlı Qüvvələrinin
hava məkanını müdafiə qabiliyyətini azaltmaqda uğur qazandığını bildirib.
Bundan əlavə, ekspert Kiyevin ona ötürülən demək olar
ki, bütün “Patriot” raketlərindən istifadə etdiyi, həmçinin ABŞ-nın Ukraynaya
400 milyon dollar məbləğində əlavə yardım göstərməsini lağa qoyub, belə bir
cüzi məbləğin tamamilə heç bir effekt verməyəcəyini qeyd edib.
Aynur TAC
tag: Ukrayna, Rusiya, ABŞ, Yardım, Patriot, todaypress.az,