ABŞ Ukrayna böhranına görə məsuliyyətdən yayınmamalıdır

Dünya

28.08.2024 17:16

“Birləşmiş Ştatlar Ukrayna böhranını Çinin üzərinə atmaqla məsuliyyətdən yayınmamalıdır”.

TodayPress xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib. 

"Çin həmişə dinc danışıqların və Ukrayna məsələsinin siyasi həllinin təşviqinə sadiq qalıb və bu yöndə addım atmağa davam edəcək. Birləşmiş Ştatlar bunu Çinə həvalə etməklə öz məsuliyyətindən yayınmamalıdır".

Vanq Yi, həmçinin Vaşinqtonu qeyri-qanuni birtərəfli sanksiyaların tətbiqindən imtina etməyə çağırıb.

Töhfə Səməd

tag: ABŞ, Çin, Ukrayna ,Vaşinqton, Vanq Yi, todaypress.az,