ABŞ üçün “qızıl dövr” proqnozlaşdırıldı
Dünya
16.01.2025 11:29
Ağ Evin yeni seçilmiş prezidenti Donald Trampın maliyyə naziri vəzifəsinə namizədi Skott Bessent deyib ki, ABŞ iqtisadiyyatı prezident administrasiyasına Konqresin dəstəyi ilə “qızıl dövr”ə doğru gedir.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bessent ,eyni zamanda, Tramp administrasiyasının Konqresin dəstəyi ilə amerikalılar üçün yeni, balanslaşdırılmış firavanlıq dövrünü başlada biləcəyini vurğulayıb.
Bununla yanaşı Trampın ölkəni daha çox iqtisadi deyil, hərbi cəhətdən inkişaf etdirmək niyyətində olduğu ilə bağlı da fikirlər səsləndirilir.
Günəş Mərd
tag: ABŞ ,Qızıl dövr ,Konqres ,Tramp ,todaypress.az,