ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
Vaşinqtonun bu məsələyə münasibəti
dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən “F-35” qırıcılarının
qəbulu üçün yenidən sorğu göndərib.
TodayPress xəbər verir ki, bunu Türkiyənin milli
müdafiə naziri Yaşar Gülər deyib.
“ABŞ-də 6 ədəd “F-35” təyyarəmiz var. İndi bizim “KAAN”
(Türkiyənin beşinci nəsil döyüş təyaarəsi – Qeyd) istehsal etdiyimizi gördülər
və münasibətləri dəyişib. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz
onlara “F-35” almaq təklifini yenidən göndərdik”eyə o qeyd edib.
Qeyd edək ki, beşinci nəsil “KAAN” qırıcısı ilk sınaq
uçuşunu fevralın 21-də uğurla həyata keçirib. Təyyarə üzərində işlər 2017-ci
ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri
proqramı çərçivəsində başlayıb. Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə
ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək
“KAAN” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını
üstələyir.
2023-cü il iyulun sonunda Azərbaycanın Müdafiə Sənayesi
Nazirliyi ilə TUSAŞ arasında “KAAN” layihəsi üzrə əməkdaşlıq haqqında protokol
imzalanıb. Bundan sonra, 2024-cü ilin martında TUSAŞ-ın keçmiş baş direktoru
Temel Kotil mediaya “KAAN” komponentlərindən birinin Azərbaycanda istehsal
ediləcəyini söyləyib.
tag: F-35, ABŞ, Türkiyə, Təyyarə,KAAN, todaypress.az,