ABŞ Tramp və Orbanın Ukrayna ilə bağlı ünsiyyətindən narahatdır

Dünya

02.09.2024 10:39

Respublikaçılar Partiyasının bəzi nümayəndələri ABŞ-nin 45-ci prezidenti Donald Trampla Macarıstanın baş naziri Viktor Orban arasında Ukrayna ilə bağlı ünsiyyətdən narahatdırlar. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 

Bildirilib ki, Trampın proqramını hazırlayan Mühafizəkar Tərəfdaşlıq İnstitutu 2022-ci ilin oktyabrında Macarıstanın xarici işlər naziri Peter Siyartonun iştirakı ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirənin təşkilatçılarından biri olub. Tədbir iştirakçılarına münaqişənin tezliklə həllinin zəruriliyinə dair tezislərdən ibarət broşür paylanıb.

Broşürdə bildirilir: “Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımı məhdudlaşdırmalı və Ukrayna prezidenti Volodimir Zelenskini ölkəni neytral kimi tanımağa inandırmalıdır”. 

Bu isə xarici siyasətə cavabdeh olan bəzi respublikaçıların narahatlığına səbəb olub.

Töhfə Səməd

tag: Tramp, ABŞ, Ukrayna, Prezident, Zelenski, Peter Siyarto ,todaypress.az,