ABŞ tezliklə İrana qarşı hərbi addım ata bilər

Dünya

02.01.2025 16:24

Vaşinqton Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda nəticə əldə edə bilməsə, ABŞ İrana qarşı hərbi addım ata bilər.    

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin İran üzrə xüsusi elçisinin keçmiş müavini Riçard Nefyu "Foreign Affairs" jurnalı üçün yazdığı məqalədə bildirib.

“Vaşinqton İranın nüvə silahı istehsal edən bir dünyada yaşamağa hazır olmasa, İrana hücum etməkdən başqa çarəsi qalmaya bilər” o yazıb.   

Nefyu həmçinin qeyd  edib ki, Birləşmiş Ştatlar ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasından dərhal sonra Tehranın nüvə proqramına son qoymaq üçün danışıqlara doğru son bir addım atmalıdır. 

Günəş Mərd

tag: ABŞ, İran, Hərbi, Elçi ,todaypress.az,