ABŞ tezliklə altıncı nəsil “F-47” qırıcılarını alacaq
ABŞ tezliklə altıncı nəsil “F-47” döyüş təyyarələri alacaq.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Hərbi Hava Qüvvələrimiz bu səviyyəli yeganə qırıcı olan “F-47”ni alacaq. Niyə bu adı seçdiklərini bilmirəm, amma bu, təsir edici bir maşındır" Tramp Qətərdəki Əl-Udeid aviabazasında çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, “F-35”in müvəqqəti olaraq “F-55” adlanan yenilənmiş versiyası iki mühərriklə təchiz ediləcək.
"Bu, daha etibarlıdır" ABŞ prezidenti qeyd edib.
Həmçinin ABŞ prezidenti bildirib ki, yeni “F-47” qırıcıları yüzlərlə pilotsuz təyyarənin müşayiəti ilə döyüş tapşırıqlarını yerinə yetirəcək.
O, ABŞ-nin döyüş təyyarələrini müşayiət etmək üçün ucuz dronların xüsusi xətti yaradacağını bildirib.
tag: ABŞ ,F-47,Döyüş,Təyyarə,todaypress.az,