ABŞ tədqiqatçıları ən faydalı tərəvəzi açıqladı

Dünya

21.04.2025 12:54

3

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən aparılan tədqiqatın nəticələrinə əsasən, vəzəri dünyanın ən qidalandırıcı tərəvəzi elan edilib.

TodayPress xəbər verir ki, bu barədə “Surrey Live” məlumat yayıb.

CDC 100 mümkün bal üzərindən meyvə və tərəvəzlərin qida sıxlığını qiymətləndirən reytinq hazırlayıb.

Vəzəri yeganə məhsul olub ki, 100 bal toplayıb.

Siyahının növbəti yerlərində çin kələmi (91,99 bal), manqold (89,27), çuğundur yarpağı (87,08) və ispanaq (86,43) qərarlaşıb.

Vəzəri aşağı kalorili, lakin yüksək vitamin və mineral tərkibli yaşıl yarpaqlı tərəvəzdir.

O, vitamin “K”, “C”, “A” və kalsiumla son dərəcə zəngindir. Mütəxəssislər onun həmçinin antioksidantlarla da zəngin olduğunu bildirirlər ki, bu da ürək-damar və sümük sağlamlığını dəstəkləyərək  uzunmüddətli dövrdə xroniki xəstəliklərin riskini azalda bilər.

Qiymət Mahir

tag: ABŞ,Tərəvəz,Açıqlama,Faydalı,Todaypress.az,