ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır

Dünya

07.01.2025 01:45

ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə əməliyyatları, enerji resursları üzrə əməliyyatları və pul köçürmələrini sanksiyalardan çıxarıb.

 

TodayPress xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.

 

Qeyd olunur ki, Suriya hökuməti ilə əvvəllər qadağan olunmuş əməliyyatlara 2025-ci il iyulun 7-dək icazə verilir.

 

Bura enerji resursları üzrə, o cümlədən Ərəb Respublikasının Mərkəzi Bankı (MB) vasitəsilə aparılan əməliyyatlarda daxildir.

 

Bundan əvvəl “The Wall Street Journal” ABŞ-ın Suriyaya qarşı sanksiyaları yumşaltmaq planları barədə məlumat vermişdi .

 

Qeyd olunub ki, Vaşinqton ehtiyatlı davranır və ölkənin yeni hakimiyyətinin siyasətinin istiqaməti bəlli olana qədər Suriyaya qarşı bütün sanksiyaları ləğv etmir.

 

Aynur TAC

tag: Suriya, ABŞ Sanksiya, Ərəb, Vaşinqton, todaypress.az,