ABŞ Suriyaya qarşı sanksiyaları yumşalda bilər
Dünya
06.01.2025 13:28
ABŞ hakimiyyəti Suriyaya humanitar yardımın göndərilməsinə qoyulan məhdudiyyətləri yumşaltmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq elan yanvarın 6-da veriləcək. Humanitar yardım, su və elektrik xidmətləri göstərən şirkətlər yüklərin ötürülməsi üçün ABŞ hakimiyyət orqanlarından xüsusi icazə almaq zərurətindən azad olacaqlar. Bununla belə, daha bir şərt var ki, təchizatdan başqa məqsədlər üçün istifadə etmək qadağandır.
Məqalədə qeyd edilir ki, Vaşinqton ehtiyatlı davranır və ölkənin yeni hakimiyyətinin siyasətinin istiqaməti bəlli olana qədər Suriyaya qarşı bütün sanksiyaları ləğv etmir.
Töhfə Səməd
tag: Humanitar ,ABŞ ,Suriya ,Sanksiya, todaypress.az,