ABŞ Suriyadakı Rusiya hərbi bazalarına hücum etmək niyyətindədir
ABŞ və Böyük Britaniya Rusiyanın Suriyadakı hərbi bazalarına terror hücumları hazırlayır.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.
SVR müəyyən edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti "MI6"nın nümayəndələri Suriyada yerləşən İŞİD-in səhra komandirlərinə əməliyyatların aparılması ilə bağlı tapşırıq veriblər. Bu məqsədlə terrorçulara pilotsuz təyyarələr ayrılıb.
Bu təxribatın məqsədi Rusiya hərbçilərinin Suriyadan çıxarılmasıdır.
Töhfə Səməd
tag: Rusiya, Suriya ,İŞİD, Federasiya, todaypress.az,