ABŞ Suriyadakı İŞİD düşərgələrinə hava zərbələri endirdi

Dünya

12.10.2024 16:20

1059

ABŞ qüvvələri oktyabrın 11-i səhər saatlarında Suriyada İŞİD-in bir neçə düşərgəsinə hava zərbələri endirib. 

TodayPress xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.   

CENTCOM qeyd edib ki, bu zərbələr İŞİD-in ABŞ-yə, onun müttəfiqlərinə və tərəfdaşlarına, eləcə də bütün regionda və onun hüdudlarından kənarda mülki şəxslərə qarşı hücumlar planlaşdırması, təşkili və həyata keçirməsinin qarşısını alacaq.   

Hazırda döyüş zərərinin qiymətləndirilməsi aparılır. 

Günəş Mərd

tag: İŞİD,ABŞ,Zərbə,Suriya,Todaypress.az,