ABŞ Suriyada İŞİD liderini zərərsizləşdirdi
Dünya
21.12.2024 06:00
Amerika Birləşmiş
Ştatlarının Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın Deyr əz-Zor əyalətində
həyata keçirdiyi dəqiq hava hücumunda Mahmud ləqəbli İŞİD lideri Əbu Yusifi
zərərsizləşdirib.
Qeyd edilib ki, dekabrın 19-da ABŞ Mərkəzi Komandanlığı qüvvələri Suriyanın Deyr əz-Zor əyalətində İŞİD lideri Əbu Yusifə qarşı dəqiq hava zərbəsi endirib. Nəticədə Əbu Yusif də daxil olmaqla iki İŞİD üzvü öldürülüb.
Hücumun əvvəllər Suriya rejimi və rusların nəzarətində olan bölgədə həyata
keçirildiyi bildirilib.
tag: ABŞ, Terror, Suriya, İŞİD, Rejim, todaypress.az,