ABŞ Suriyada iranyönümlü qruplaşmaların obyektlərinə hücum etdi

Dünya

12.11.2024 10:06

ABŞ hərbçiləri Suriyada iranyönümlü qruplaşmalarla əlaqəli doqquz obyektə zərbələr endirib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə bildirib.

Bəyanatda vurğulanıb ki, hücum “son 24 saat ərzində amerikalı personala qarşı bir neçə həmləyə cavab” olub.

“Bu zərbələr İranın dəstəklədiyi qruplaşmaların ABŞ və koalisiya qüvvələrinə qarşı gələcək hücumları planlaşdırmaq və həyata keçirmək qabiliyyətini azaldacaq” CENTCOM əlavə edib.

tag: ABŞ, Suriya, Koalisiya, Hücumlar, Planlar, todaypress.az,