ABŞ süni intellektin inkişafına milyardlar ayıracaq
Dünya
22.01.2025 09:18
ABŞ prezidenti Donald Tramp Amerikada süni intellektə 500 milyard dollar sərmayə qoyacaq bir şirkət yaratdığını açıqlayıb.
TodayPress xəbər verir ki, o, bu barədə Ağ Evdə bildirib.
“Dünyanın aparıcı texnologiya nəhəngləri "StarGate"in yaradıldığını elan edirlər. ABŞ-də isə süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacaq yeni Amerika şirkəti var” Tramp bildirib.
Trampın çıxışı zamanı onunla birlikdə Yaponiya investisiya holdinqi "Soft Bank" və AI proqram tərtibatçısı "OpenAI"nin rəhbərləri iştirak ediblər.
Günəş Mərd
tag: ABŞ,Süni intellekt,Maliyyə,Yaponiya,Todaypress.az,