ABŞ şirkəti erməni hərbçiləri üçün yeni forma hazırlayacaq
Dünya
05.12.2024 14:40
İrəvan Amerikanın “Milliken & Company” şirkəti ilə erməni qoşunları üçün yeni geyim formasının yaradılmasını müzakirə edir.
TodayPress xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Bəyanatda qeyd olunub ki, ölkənin hərbi idarəsinin rəhbəri Suren Papikyan ABŞ-yə işgüzar səfər edib.
Burada o, “Milliken & Company”nin vitse-prezidenti Bruce Laflame, həmçinin şirkətin beynəlxalq və hərbi proqramlarının rəhbərləri Tommi Yanq ilə danışıqlar aparıb.
Görüş Ermənistanın Vaşinqtondakı səfirliyində baş tutub.
“Ermənistan Silahlı Qüvvələri üçün yeni formaların hazırlanmasında əməkdaşlıqla bağlı məsələlər, xüsusən də geyim formalarının növləri, hazırlanması prosesi və sınaq nümunələrinin çatdırılma müddəti müzakirə edilib” nəşr yazıb.
Xatırladaq ki, 2024-cü il fevralın 3-də Papikyan Ermənistan Silahlı Qüvvələrinə NATO standartlarına uyğun hərbi geyimlər təqdim etmək planlarından danışmışdı.
Günəş Mərd
tag: Ermənistan,NATO,Əsgər,Forma,Todaypress.az,