ABŞ: “Şimali Koreya casusları Amerika şirkətlərinə sızdılar”

Dünya

05.09.2024 11:29

“Şimali Koreya casusları uzaqdan ABŞ şirkətlərinə kompüterlər vasitəsi ilə sızırlar”. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Şəbəkələri sındırmaq əvəzinə, Şimali Koreyalı əməliyyatçılar gizli şəkildə işçi kimi əmək haqqı cədvəlinə müdaxilə edirlər” deyə qeyd edilib.

ABŞ rəsmilərinin və təhlükəsizlik tədqiqatçılarının fikrincə, Şimali Koreya vətəndaşları digər əcnəbilərin oğurlanmış şəxsi məlumatlarından istifadə edərək son illərdə yüzlərlə belə iş görüblər.

ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, bu yolla Şimali Koreya sanksiyalardan yan keçərək hər il yüz milyonlarla dollar gəlir əldə edir.

Töhfə Səməd

tag: ABŞ, Şimali Koreya, Casuslar ,Ədliyyə Nazirliyi ,Sanksiyalar ,todaypress.az,