ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verdi
Dünya
24.07.2024 04:00
ABŞ Dövlət Departamenti Səudiyyə
Ərəbistanına təxminən 2,8 milyard dollar dəyərində xarici hərbi satış paketini
təsdiqləməyə qərar verib.
TodayPress xəbər verir ki, mövzu
ilə bağlı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daxilində xarici silah satışına nəzarət
edən Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi tərəfindən yazılı açıqlama
verilib.
Açıqlamaya görə, Səudiyyə Ərəbistanına
2,8 milyard dollar dəyərində hərbi “sistem logistikası və davamlı dəstək”
elementlərini ehtiva edən satış paketi təsdiq edilib və lazımi sertifikat
Konqresə verilib.
Bu təsdiqlənmiş satışın Səudiyyə Ərəbistanının təhlükəsizliyini artıracağı, bunun da ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə dəstək olacağı bildirilib.
Nəzrin Cavadzadə
tag: ABŞ,Səudiyyə Ərəbistanı, Yardım, Müdafiə, todaypress.az,