ABŞ senatoru Netanyahunun həbsi ilə bağlı orderi tənqid etdi

Dünya

24.11.2024 13:45

2570

ABŞ senatoru Lindsey Qraham İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderinə görə Avropa və Kanadanı sanksiyalarla hədələyib.

TodayPress xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"ABŞ-nin istənilən müttəfiqi - Kanada, Böyük Britaniya, Almaniya, Fransa - ICC-yə kömək etməyə çalışsa, adı çəkilən ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyik" deyə Qraham bildirib. 

O, hansı sanksiyaların tətbiq oluna biləcəyi ilə bağlı suallara cavab verməyib. Lakin senator onların iqtisadiyyatını hədəf alacaqlarını deyib.

Töhfə Səməd 

tag: ABŞ ,Lindsey Qraham,İsrail,Netenyahu,Sanksiya,todaypress.az,