ABŞ səhiyyə sisteminin çökdüyünü etiraf etdi
Dünya
19.09.2024 11:45
ABŞ səhiyyə sahəsində inkişaf etmiş on ölkə arasında ən pis yerdədir.
TodayPress xəbər verir ki, Amerika səhiyyə sisteminin çökməsi müstəqil tədqiqat qrupu “The Commonwealth Fund” tərəfindən hazırlanan hesabatda göstərilib.
Qeyd olunub ki, ABŞ cinsindən, gəlirindən və coğrafi mövqeyindən asılı olmayaraq, səhiyyənin kritik sahələrində, o cümlədən profilaktika, əlçatanlıq və hamı üçün keyfiyyətli xidmət üzrə inkişaf etmiş ölkələr arasında ən pis göstəriciyə malikdir.
Hesabata görə, Vaşinqton bu reytinqə daxil olan hər hansı digər ölkə ilə müqayisədə səhiyyəyə təxminən iki dəfə çox pul xərcləyir. Bu isə ümumi daxili məhsulun (ÜDM) təxminən 18 faizini təşkil edir. Tədqiqatçıların fikrincə, hesabat ABŞ-nin çox xərcləməsinə baxmayaraq, investisiyalarından az qazanc əldə etdiyini göstərir.
Töhfə Səməd
tag: ABŞ ,Vaşinqton, Coğrafi Mövqe ,ÜDM ,Hesabat, todaypress.az,