ABŞ seçkilərindən sonra cəbhədə vəziyyət dəyişəcək

Dünya

24.08.2024 15:45

“ABŞ seçkilərindən sonra Rusiya-Ukrayna münaqişəsi ilə bağlı vəziyyət dəyişə bilər, lakin ondan öncə hər hansısa dəyişiklik gözlənilmir”.

TodayPress xəbər verir ki, bu fikri hərbi ekspert Mixail Xodarenok bildirib.

Ekspertin fikrincə, Rusiya ilə Ukrayna arasında istənilən kompromis və qarşılıqlı güzəştə Türkiyə, Hindistan və ya Çinin deyil, yalnız ABŞ-nin vasitəçiliyi ilə nail olmaq mümkündür.

İki ay yarım sonra baş tutacaq yeni ABŞ prezidentinin seçilməsi Vaşinqtonun bu məsələdə uzunmüddətli siyasətini müəyyən edəcək. Məsələn, prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağını açıqlamışdı.

 

Töhfə Səməd

tag: ABŞ,Prezident,Seçki,Ukrayna,Rusiya,Münaqişə,Həll,todaypress.az,