ABŞ Sakit Okeanda hərbi baza yaratmağa hazırlaşır
Dünya
23.08.2024 15:24
Ağ Ev Sakit Okeanda hərbi baza və aerodrom şəbəkələrini yerləşdirməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.
Buna səbəb Çindən gözlənilən hücum cəhdləridir. ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi Vaşinqtonun Yaponiya və Quamda yerləşən iri hərbi bazalarına Çinin kütləvi raket hücumları edə biləcəyindən ehtiyat edir. Bu cür hücumlar Amerika qüvvələrinə ciddi ziyan vura, hətta onların Sakit Okeanda fəaliyyət qabiliyyətini şikəst edə bilər.
Qeyd edək ki, Sakit Okeanda bazaların yerləşdirilməsi konsepsiyası “Agile Combat Employment” (ACE) adlanır.
Töhfə Səməd
tag: Çin, ABŞ, Hərbi Baza, Vaşinqton, Yaponiya, todaypress.az,