ABŞ Rusiyaya yeni sanksiya tətbiq edəcək

Dünya

12.06.2024 00:50

ABŞ tezliklə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək,

TodayPress RİA Novost-ə istinadla xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. O,“Bu həftə biz bir sıra yeni sanksiyalar və ixrac nəzarəti elan edəcəyik” deyə vurğulayıb.

Kirbinin sözlərinə görə, məhdudiyyətlər Moskvaya xarici məhsullar almağa kömək edən təşkilatlara təsir edəcək. Ağ Ev rəsmisi bildirib ki, bu maliyyə vasitəçiləri sonda Rusiyanın müdafiə sənayesi bazasını dəstəkləməkdə çətinlik çəkəcəklər.

Bundan əvvəl Kirbi həmçinin 13-14 iyunda İtaliyada keçiriləcək G7 sammitində Ukraynanı bərpa etmək üçün Rusiya aktivlərindən istifadə etmək üçün yeni addımlar atacaqlarını bildirmişdi.

 GÜNEL

tag: Rusiya, Con Kirbi, Ağ Ev, İtaliya, todaypress.az,