ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya
21.11.2024 21:12
ABŞ Maliyyə Nazirliyi “Qazprombank”, “BKS
Bank”, “Centrocredit Bank” və digər kredit təşkilatlarına qarşı sanksiyalar
tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə Amerika
qurumunun dərc olunmuş sənədində deyilir.
Sənədə əsasən, sanksiya siyahısına həmçinin Rusiya
Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, DOM.RF,
“Bratskiy Narodnıy Bank”, “Enerqotransbank”, “Kremlyovskiy Bank”, “İturup
Bank”, “Sinara Bank” və başqaları da salınıb.
Ümumilikdə 100-ə yaxın fiziki və hüquqi şəxs
məhdudiyyətlərə məruz qalıb.
tag: ABŞ, Bank, Sanksiya, Rusiya, Alla Bakina, todaypress.az,