ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya
11.01.2025 00:11
ABŞ Rusiya şirkətlərinə və enerji sektoru
ilə əlaqəli şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Maliyyə
Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əsasən "Qazprom Neft",
"Surgutneftegaz", "Zarubejneft" və onların törəmə
şirkətləri məhdudiyyətlərə məruz qalıb.
Sanksiyalar həmçinin Rusiya Energetika Nazirliyinin
yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavinləri Roman Marşavin və Eduard
Şeremetsev, habelə agentliyin əsas departamentlərinin direktorlarını əhatə
edib.
Bundan əlavə, “İnqosstrax” və “AlfaStrakhovanie” sığorta
şirkətləri də "qara siyahı"ya düşüblər.
Sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli
bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir.
tag: Sanksiya, ABŞ, Rusiya, Maliyyə, Neft, Energetika, todaypress.az,