ABŞ Rusiyaya qarşı sərt sanksiya tətbiq edəcək

Dünya

01.05.2025 10:30

25

ABŞ senatoru Lindsey Qraham Rusiyaya qarşı yeni sərt sanksiyalar layihəsini dəstəklədiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Onun sözlərinə görə, bu təşəbbüsü 72 senator dəstəkləyir.

Layihə Rusiya prezidenti Vladimir Putin Ukraynada danışıqlara razı olmadıqda, Moskvanı təzyiq altına almağı hədəfləyir. Sanksiyalar paketinə Rusiyadan neft, qaz və uran idxalına 500 faiz tarif və Rusiyanın suveren borcuna amerikalıların investisiya qoymasına qadağa daxildir.

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,Sanksiya,Senator,todaypress.az,