ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Dünya
04.12.2024 22:11
ABŞ daha beş fiziki və beş hüquqi şəxsi
əlavə edərək Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
TodayPress "TASS"-a istinadən xəbər verir ki, bunu ABŞ
Maliyyə Nazirliyinin yenilənmiş məlumatları göstərir.
Məhdudiyyətlərin üç Rusiya vətəndaşına, eləcə də iki
Latviya və Ukrayna vətəndaşına aid olduğu vurğylanır.
Siyahıya həmçinin ABŞ, Tailand, Böyük Britaniya, BƏƏ-dən
olan təşkilatlar, habelə London, Moskva, Riqa, Sinqapur və İstanbulda
nümayəndəlikləri olan şirkətlər daxildir.
tag: ABŞ, Sanksiya, Maliyyə, BƏƏ, Rusiya, todaypress.az,