ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək
Dünya
06.01.2025 13:13
Baydenin administrasiyası Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etmək niyyətindədir. Vaşinqton bu dəfə neft tankerlərini hədəf alacaq.
TodayPress xəbər verir ki, bu barədə iki mənbəyə istinadən "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiya Federasiyası yanacaq daşımaq üçün köhnə gəmilərdən istifadə edir. "Reuters"in adını açıqlamayan həmsöhbətlərindən biri bildirib ki, ABŞ Moskvaya qarşı böyük sanksiyalar paketi tətbiq edəcək.
"Sanksiyalar, ehtimal ki, nefti limitdən yuxarı qiymətə satan bəzi şəbəkələrdə iştirak edən şəxslərə qarşı tədbirləri də əhatə edəcək" başqa mənbə bildirib.
Töhfə Səməd
tag: ABŞ, Rusiya ,Bayden ,Sanksiya, todaypress.az,