ABŞ Rusiya və İranın nüvə sahəsində əməkdaşlığından narahatdır

Dünya

15.09.2024 15:16

Birləşmiş Ştatlar  Rusiyanın İranla həssas nüvə informasiya və texnologiyasını paylaşmasından narahatdır.   

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.   

Nəşrin yazdığına görə, Moskva Tehranın nüvə silahı yaratmaq ambisiyalarına görə, Ukraynaya hücumlar üçün ballistik raketlərin ötürülməsi müqabilində onunla əməkdaşlığı gücləndirib.   

Eyni zamanda, ABŞ-nin dövlət katibi Antoni Blinken Rusiya Federasiyasının İranla təkcə nüvə texnologiyaları deyil, həm də bəzi kosmik informasiyaları paylaşdığını bildirib.   

Qeyd edək ki, 2024-cü il avqust ayında “The Wall Street Journal” İranın nüvə silahı yaratmaq qabiliyyətini artıran tədqiqatlar aparmağa davam etdiyini yazmışdı.   

Günəş Mərd 

tag: Rusiya,ABŞ,İran,Blinken,Nüvə,Todaypress.az,