ABŞ Rusiya-Ukrayna münaqişəsindən geri çəkilir?

Dünya

07.09.2024 08:41

"Megaupload" və "Mega" hostinq xidmətlərinin banisi Kim Dotcom kimi tanınan Kim Şmits Pentaqonun rəhbəri Lloyd Ostinin Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etmək istəməsi ilə bağlı bəyanatını şərh edib. 

TodayPress xəbər verir ki, o, bu barədə  "X" sosial şəbəkəsində yazıb. 

Dotcom Pentaqonun rəhbəri Ostinin Ukrayna Silahlı Qüvvələri üçün raketlərlə bağlı dediklərini ABŞ-nin geri çəkilməsi kimi qiymətləndirib. 

Əvvəllər bildirilirdi ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin Krıma, Kursk bölgəsinə ATACMS raketləri ilə hücum etməsini istəyir. 

Qeyd olunur ki, belə bir arzu ABŞ-nin Ukraynaya tədarük etdiyi raketlərin sayının məhdud olması ilə bağlıdır. Vaşinqtonda Krıma hücumlar üçün mövcud ehtiyatlardan istifadə etməyi təklif edirlər.

Xatırladaq ki, avqustun 13-də ABŞ Dövlət Departamenti Vaşinqtonun Kursk vilayətində Ukrayna ordusunun əməliyyat hazırlamasında iştirak etmədiyini açıqlayıb. 

Daha sonra Pentaqon Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirmək qadağasını pozmadığını bəyan edib. 

Günəş Mərd

tag: ABŞ, Ukrayna ,Rusiya ,Münaqişə ,Pentaqon ,todaypress.az,