ABŞ Rusiya, Türkiyə və Almaniyanın 16 vətəndaşına qarşı sanksiya tətbiq etdi
Dünya
15.01.2025 21:17
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqədə
olduğu iddia olunan bir sıra şəxslərə qarşı sanksiya tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Xarici
Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədində deyilir.
Onların arasında Çin, Rusiya, Türkiyə və Almaniya
vətəndaşları da var.
Siyahıya əsasən, 16 şəxs Rusiya ilə əlaqədə olduğu
iddiası ilə məhdudiyyətlərə məruz qalıb. Onlar arasında Rusiyanın Novosibirsk
vilayətinin keçmiş qubernatoru Vasili Yurçenko (2010-2014) da var.
tag: ABŞ, Sanksiya, Rusiya, Çin, Türkiyə, todaypress.az,