ABŞ Rusiya səhmlərinin bloklanmasını qanunsuz adlandırdı

Dünya

27.07.2024 17:42

“Rusiya aktivlərinin ABŞ tərəfindən bloklanması tamamilə qanunsuzdur”.

TodayPress xəbər verir ki, bu sözləri “TASS”a amerikalı iqtisadçı, Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.

Onun sözlərinə görə, Vaşinqtonun bu cür hərəkətləri Amerika iqtisadiyyatına ziyan vurur. Eyni zamanda ekspert ABŞ-nin bütün hazırkı siyasətini səhv və “dalana dirənmiş” adlandırıb.

Saks xatırladıb ki, hazırda BRİCS ölkələrinin iqtisadiyyatı Böyük Yeddilikdən (G7) üstündür. Buna görə də qarşılıqlı iqtisadi-ticari əlaqələrin qurulması bütün tərəflərin maraqlarına cavab verir. 

İqtisadçı vurğulayıb ki, Rusiya aktivlərinin dondurulması istənilən beynəlxalq iqtisadi normaların prinsiplərini pozur. O, əlavə edib ki, BRİCS-in məntiqi reaksiyası ABŞ-yə inamsızlıq və dollardan istifadədən imtina qərarı olacaq. 

Töhfə Səməd

tag: ABŞ, Rusiya, BRİCS,Cefri Saks , Vaşinqton, todaypress.az,