ABŞ Rusiya ilə tərksilah olmaqla bağlı dialoq aparmalıdır

Dünya

22.07.2024 09:59

“Birləşmiş Ştatlar Almaniya ərazisində öz raketlərinin yerləşdirilməsi fonunda 1980-ci illərin “Avroraket böhranı”ndan nümunə götürərək Rusiya Federasiyası ilə tərksilahla bağlı dialoq aparmalıdır”.

TodayPress, “Qazeta.ru”ya istinadən xəbər verir  ki, bu sözləri  Angela Merkelin keçmiş hərbi müşaviri, general Eriks Vad deyib. 

Onun sözlərinə görə, müvafiq dialoq ABŞ-də yeni administrasiyanın gəlişi ilə başlaya bilər və belə bir inkişaf arzuolunan olardı.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Barbok isə “Westdeutsche Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibəsində, ölkədə Amerika raketlərinin yerləşdirilməsindən imtinanın sadəlövhlük olacağını bildirib. Onun sözlərinə görə, Vaşinqton həmçinin hipersəs silahlarını Almaniyada yerləşdirməyə də söz verib. 

Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Moskva Amerikanın orta və daha qısa mənzilli silahlarının yerləşdirilməsinə güzgü effekti ilə cavab verə bilər.

Töhfə Səməd

tag: ABŞ, Almaniya, Annalena Barbok, Vaşinqton, Rusiya, Putin, todaypress.az,