ABŞ Rusiya ilə müharibədən qorxur

Dünya

21.07.2024 15:15

“Ukrayna münaqişəsi ilə bağlı ABŞ və Rusiya arasında hipotetik müharibə bütün dünya üçün fəlakət olardı”.

TodayPress xəbər verir ki, bu barədə “Fox News” yazıb.

“ABŞ Ukrayna qarşısında getdikcə daha çox öhdəlik götürdüyü üçün Rusiya ilə müharibəyə yaxınlaşır. Bu münaqişə bütün dünya üçün fəlakətli nəticələnə bilər” deyə telekanal bildirib.

Əlavə olaarq qeyd edilib ki, Vaşinqtonun bu cür münaqişədə, eləcə də Ukraynadakı hazırkı vəziyyətdə qalib gəlmək üçün məqbul hərbi strategiyası yoxdur. Bundan əlavə, ABŞ və Şimali Atlantika Alyansının eyni vaxtda Rusiya və Çinin qarşısını almaq üçün kifayət qədər hərbi resursları yoxdur.

Xatırladaq ki, bundan əvvəl də ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə AĞ Evin Ukrayna münaqişəsində Rusiyaya güzəştə gedəcəyini proqnozlaşdırmışdı.

Töhfə Səməd

tag: Ukrayna, Kreml, Putin,Rusiya,ABŞ,Con Bolton,Donald Tramp,todaypress.az,