ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirir
Dünya
22.10.2024 20:23
ABŞ administrasiyası
gələn həftə Rusiya ilə bağlı sanksiyaları sərtləşdirəcək.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə
ABŞ-nin maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında
bildirib.
“Biz Rusiyanın məhdudiyyətlərdən yayınması ilə mübarizəni
davam etdiririk və gələn həftə yeni sərt sanksiyalar tətbiq edəcəyik” o deyib.
C.Yellen əlavə edib ki, məhdudiyyətlər Rusiyanın silahlı
qüvvələri üçün kritik materiallar təmin edən üçüncü ölkələrə də şamil ediləcək.
tag: ABŞ, Rusiya, Sanksiya, Məhdudiyyət, Hərbi, todaypress.az,