ABŞ Rusiya-Çin təlimlərinə görə HIMARS-ı köçürdü
ABŞ Rusiya-Çin dəniz təlimləri uzaqmənzilli raketləri olan HIMARS buraxılış qurğusunu, o cümlədən müxtəlif silahları Alyaskanın cənubundakı Aleut adalarına yerləşdirib.
TodayPress xəbər verir ki, bu barədə “Business Insider” yazır.
Diviziya komandiri general-mayor Cozef Hilbert bildirib ki, tədbir Birləşmiş Ştatların düşmənlərinə aydın mesaj göndərmək məqsədi daşıyır.
“Bu, ABŞ Ordusunun məharətlə və xəbərdarlıq etmədən aktivlərini hətta ən ucqar yerlərə köçürməyə qadir olduğunu nümayiş etdirir” o vurğulayıb. Qeyd edək ki, Birləşmiş Ştatlarının manevrlərində 130 hərbçi iştirak edir, Şemya adasında da təlimlər keçirilir.
Günəş Mərd
tag: ABŞ,Çin,Rusiya,HIMARS,Todaypress.az,