ABŞ Rusiya almazlarının idxalını qadağan edəcək

Dünya

23.08.2024 20:41

1536

ABŞ 2025-ci il sentyabrın 1-dək bir sıra kateqoriyalar üzrə Rusiya istehsalı olan brilyantların idxalına qadağa qoyacaq.

 

TodayPress xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, rus daşları olan zərgərlik məmulatlarının idxalı, eləcə də almazların istehsalı üçün istifadə oluna bilən qeyri-sənaye almazlarının təsdiqlənmiş idxalına icazə verilə bilər.

 

İdxalına icazə verilən brilyantlar üçün istehsal müddətini bir karatdan çox olan daşlar üçün 2024-cü il martın 1-nə, çəkisi 0,5 karatdan çox olan brilyantlar üçün isə bu ilin sentyabrın 1-nə kimi təyin edib.

 

Ötən ilin dekabrında Avropa İttifaqı G7 ölkələri ilə əməkdaşlıq edərək 2024-cü il yanvarın 1-dən kobud rus almazlarının idxalına qadağa qoyub, martın 1-dən isə sanksiyalar Rusiyadan xaricdə emal edilən daşlara da şamil edilib.


Aynur TAC

tag: Rusiya, ABŞ, Almaz,İdxal, İxrac,todaypress.az,