ABŞ Rumıniyaya xəbərdarlıq etdi
Dünya
05.12.2024 10:14
ABŞ hakimiyyəti Rumıniyada keçirilən prezident seçkilərini diqqətlə izləyir və ölkəyə qərbyönlü kursundan əl çəkməyə qarşı xəbərdarlıq edir.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Qeyd olunub ki, Rumıniyanın birlikdə möhkəmlənmək yolu ilə əldə etdiyi tərəqqi xarici aktorların hərəkətləri səbəbindən məhdudlaşdırılmamalıdır. Əks halda, hər hansı dəyişiklik ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı ciddi şəkildə pozacaq.
Günəş Mərd
tag: ABŞ, Təhlükəsizlik, Departament, Qərbyönlü,todaypress.az,