ABŞ Rumıniyadakı seçkilərin nəticələrini tanıyacaq?

Dünya

30.04.2025 16:42

18

“ABŞ prezidenti Donald Tramp bəzi namizədlərin səsverməsinə icazə verilmədiyi üçün Rumıniyada mayın 4-nə təyin edilmiş qarşıdan gələn seçkilərin nəticələrini tanımamalıdır”.   

TodayPress “RİA”ya istinadən  xəbər verir ki, bunu parlamentin senatoru və “SOS Rumıniya” müxalifət partiyasının lideri Diana Sosoaka deyib. 

“Nəinki indiki seçkilər tanınmaya bilər, hətta onlar keçirilməməlidir, çünki Rumıniyada hakimiyyətdə olan sistem səsvermədə iştirak etmək üçün legitim hüququ olan namizədlərə qadağa qoyub” o, Amerika liderinə açıq məktubunda bildirib.

Qeyd olunur ki, Sosoaka daha əvvəl də oxşar xahişlə Amerika prezidentinə müraciət edib. 

Xatırladaq ki, ötən il Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini “seçki kampaniyası zamanı seçicilərin səslərinin manipulyasiyası” ilə əsaslandıraraq ləğv edib.

tag: ABŞ,Ruminiya,Seçki,Nəticə,Todaypress.az,