ABŞ rəsmilərinin Ermənistana səfərlərinin əsl məqsədi nədir?-ŞƏRH
Dünya
19.06.2024 09:09
“Qərb Rusiyanın Ermənistandakı təsirini zəiflətməklə bütün regionda Rusiyanın təsirini zəiflətməyə ümid edir”.
TodayPress xəbər verir ki, bu sözləri Sputnik Ermənistan-a müsahibəsində erməni politoloq Beniamin Poqosyan deyib.
Politoloq hesab edir ki, hüquqi təhlükəsizlik zəmanəti və ya Qərbin Ermənistana hərbi yardım göstərməsi, Amerika hərbi bazalarının Ermənistanda yerləşdirilməsi ehtimalı sıfıra yaxındır.
“Ermənistan həmişə Rusiyanın Cənubi Qafqazda əsas dayağı hesab edilib və Qərb hesab edir ki, Rusiya-Ermənistan münasibətlərinə xələl gətirməklə, bununla da Rusiya Federasiyasının bütün regionda təsirini zəiflədə bilər”deyə ekspert qeyd edib.
Politoloqun sözlərinə görə, Ermənistan-Amerika münasibətlərində müəyyən irəliləyiş 2019-cu ildə strateji dialoqun ilk sessiyasının keçirildiyi vaxtdan başlayıb. Bununla belə, o, əmindir ki, Birləşmiş Ştatlar Cənubi Qafqaza heç vaxt böyük əhəmiyyət verməyib və bu, Vaşinqtonun ilk on prioritetinə belə daxil olmayıb: “Postsovet regionu, ilk növbədə, Rusiyanın təsirinin azaldılması kontekstində ABŞ-ni 2022-ci ilin fevralından sonra, ABŞ və Rusiya arasında bütün sahələrdə, Ukrayna ərazisində də hərbi baxımdan açıq qarşıdurma başlayandan sonra maraqlandırmağa başladı.”
Eyni zamanda o qeyd edir ki, Ermənistan-Rusiya münasibətlərində böhran, xüsusən də siyasi və hərbi sahədə göz qabağındadır. Xüsusilə, Ermənistan artıq Rusiyadan silah almır, yalnız yüksək səviyyəli rəsmilər səviyyəsində əlaqələr saxlanılıb.
Ekspertin fikrincə, ABŞ rəsmilərinin səfərləri həm də aprelin 5-də Brüssel görüşü və bununla bağlı razılaşmalarla bağlıdır. Onun sözlərinə görə, əsas məqsəd Qərbin Ermənistanın Rusiyadan asılılığını azaltmağa necə kömək edə biləcəyini anlamaqdır.
"Əgər Ermənistan həqiqətən də Rusiyadan üz döndərmək istəyirsə, o zaman ilk növbədə asılılığını azaltmalıdır. Söhbət ilk növbədə iqtisadi amildən gedir. Belə olan halda, ola bilsin ki, Aİ və ABŞ ixrac bazarlarına başqa yol tapmağa çalışsınlar” deyən politoloq bütün bunlardan Ermənistanın nə qazanacağı ilə bağlı sualı da cavablandırıb. O. ABŞ-nin Ermənistana qanuni qüvvəyə minmiş təhlükəsizlik zəmanəti verməyəcəyinə əminliyini ifadə edib. O, ikitərəfli sazişlərin, məsələn, ABŞ-nin Yaponiya, Cənubi Koreya, Filippin və digər ölkələrlə imzalanacağının istisna olmadığını bildirib.
Poqosyanın fikrincə, ABŞ-nin məqsədinin reallaşması və Rusiyanın regionu tərk etməsi üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi lazımdır. Ona görə də bu vəziyyətdə dövlətlər Azərbaycanı heç olmasa çərçivə sazişi imzalamağa inandırmağa çalışacaqlar. Bunun ardınca Ermənistan-Türkiyə münasibətlərinin normallaşması gələcək və bu da öz növbəsində İrəvana Moskvadan uzaqlaşmaq imkanı verəcək. Əgər təbii ki, Ermənistanın belə bir istəyi varsa.
Qeyd edək ki, ötən həftə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinləri Ceyms O`Brayen və Riçard Verma Ermənistana səfər edib.
GÜNEL
tag: Ermənistan, Azərbaycan, Politoloq, Sülh müqaviləsi, todaypress.az,