ABŞ raket mühərriklərinin istehsalını ikiqat artıracaq
Amerikanın hərbi-sənaye şirkəti “Northrop Grumman” raket mühərriklərinin istehsalını iki dəfə artırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Defense One” məlumat yayıb.
Məlumata görə, “Northrop Grumman” ildə 14 min raket mühərriki hazırlamağı hədəfləyir.
Bildirilib ki, Pentaqon Ukraynaya göndərilən silahların yerini doldurmaq və gələcək təhlükələrə qarşı hazır olmaq üçün bu addımı atır.
Qeyd edək ki, şirkət son altı ildə istehsal qabiliyyətini artırmaq üçün bir milyard dollar xərcləyib.
Günəş Mərd
tag: Amerika,Pentaqon, Ukrayna, Raket, todaypress.az,