ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə olundu
Dünya
01.02.2025 14:25
ABŞ prezidenti Donald Tramp Amerika qoşunların Suriyadan çıxarılması yollarını araşdırmaq hüququnu özündə saxlayır.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
O, bildirib ki, ABŞ administrasiyası Amerika qoşunlarının Suriyadan çıxarılmasının mümkünlüyü ilə bağlı qərar verəcək.
Çünki Vaşinqtonun bu ölkənin problemləri ilə məşğul olmağa vaxtı və ehtiyacı yoxdur.
Xatırladaq ki, Suriyada müxalifət qüvvələri dekabrın 8-də Bəşər Əsəd hakimiyyətinə son qoyub.
Nicat Osman
tag: ABŞ,Suriya,Qoşun,Əsəd,Todaypres.az,