ABŞ qoşunlarının Nigerdən çıxarılması başa çatdırıldı
Dünya
16.09.2024 21:41
ABŞ qoşunlarının Nigerdən çıxarılması başa çatdırılıb.
TodayPress xəbər verir ki, bu barədə
ABŞ-ın Afrika Komandanlığının saytında yerləşdirilən məlumatda qeyd olunub.
"ABŞ Müdafiə Nazirliyi və Niger Respublikasının
Müdafiə Nazirliyi ABŞ ordusunun və texnikasının Nigerdən çıxarılmasının başa
çatdığını elan edib" komandanlıq
bildirib.
Qeyd edilib ki, ABŞ və Niger hərbçiləri arasında
effektiv əməkdaşlıq və ünsiyyət qoşunların təhlükəsiz, nizamlı və məsuliyyətli
çıxarılmasını təmin edib.
İyunun 25-də ABŞ-nin Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli bildirib ki, ABŞ hərbçiləri Nigerin paytaxtı Niameydəki 101 aviabazasını tərk edəcək.
Aynur TAC
tag: Nigeriya,ABŞ, Afrika, Hərbi, Qoşun,todaypress.az,