ABŞ qoşunlarının Nigerdən çıxarılma tarixi açıqlandı
Dünya
06.07.2024 23:47
ABŞ qoşunlarının Nigerdən
tam çıxarılacağı tarix məlum olub
ABŞ bu həftə sonu
Nigerdəki kiçik bazadan bütün qoşunlarını və hərbi texnikasını çıxaracaq.
TodayPress xəbər verir
ki, bu barədə Associated Press məlumat yayıb.
Avqustda daha 500 ABŞ əsgəri
pilotsuz təyyarələr bazasını tərk edəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin
general-mayoru Kennet Ekmanın nəşrə verdiyi məlumata görə, Nigerdə hakim
siyasi qrupla razılaşmanın şərtləri bunlardır. Qoşunların çıxarılması üçün son
tarix sentyabrın 15-dir.
Agentlik yazır ki,
Nigerdəki Amerika bazaları Əl-Qaidə və İŞİD yaraqlılarına qarşı əməliyyatlar
keçirmək üçün istifadə olunub.
tag: ABŞ, Niger, Ordu, Əl-Qaidə, todaypress.az,